Aktual

Ukrayna müharibəsi dünyada kütləvi aclıq yaradacaq – BMT həyacan təbili çalır

Ukrayna müharibəsi dünyada kütləvi aclıq yaradacaq – BMT həyacan təbili çalırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
BMT Ukraynadakı müharibə səbəbindən dünyada kütləvi aclığın olacağını proqnozlaşdırır.
7Times.az  UNİAN-a istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş “Twitter”hesabında Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar dünyada kütləvi aclıq və ərzaq böhranı təhlükəsi olduğunu açıqlayıb.
BMT baş katibi vurğulayıb ki, Ukraynadakı müharibə artıq məhsul tədarükü zəncirini pozub.
“Bu müharibə yanacaq, ərzaq və nəqliyyat qiymətlərinin kəskin artmasına səbəb olur. Biz, aclıq qasırğasının və qlobal ərzaq sisteminin dağılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik”, – deyə Quterreş bildirib.
Xatırladaq ki, bir gün əvvəl Avropa İttifaqı da dünyada ərzaq böhranı barədə xəbərdarlıq edib.
Böyük beynəlxalq təşkilatlar taxıl, enerji, gübrə, metal və s. kimi mühüm məhsullarda  qiymət artımlarının davam edəcəyindən narahatdır. Daha çox qiymət artımı bu məhsulların idxalını həyata keçirən kasıb və inkişaf etməkdə olan ölkələrdə yoxsul insanların sayını kəskin artıracaq.