Aktual

Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatı: Rus ordusu Xarkova hücuma keçib

Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatı: Rus ordusu Xarkova hücuma keçibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 27-də səhər saat 6:00-a olan əməliyyat məlumatında Facebook-da məlumat yayıb.
Məlumata görə rus ordusu Xarkov vilayətində hücuma keçib.
Belqorod vilayətinin yaşayış məntəqələri ərazilərində düşmən “İsgəndər-M” OTRK-nın iki raket divizionunu yerləşdirib.
İzyum istiqamətində ruslar irəliləməyə çalışır.
İşğalçı ordu 76-cı Hava Desant Diviziyasından iki tabor taktiki qrupunu Belqorod vilayəti ərazisindən İzyum şəhərinə köçürüb.
Məlumatda həmçinin bildirilir ki, İzyum istiqamətində Şərq Hərbi Dairəsinin 1-ci Tank Ordusu, 20-ci Əlahiddə Ümumqoşun Ordusu, Qərb Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusu və 68-ci Ordu Korpusu ilə hava desant qoşunlarının bölmələri Barvenkovo ​​istiqaməti hücum əməliyyatları aparır.
“Düşmən Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq kənarını ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb”, –  deyə məlumatda bildirilir.