Dünya

Ukrayna və NATO generalları arasinda gizli görüş olub Strategiya dəyişib

Ukrayna və NATO generalları arasinda gizli görüş olub – Strategiya dəyişibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna silahlı qüvvələrinin komandanı Valeri Zalujni NATO-nun yüksək rütbəli hərbçiləri ilə gizli görüş keçirib.

“AzPolitika.info” xəbər veir ki, bu barədə ABŞ-ın “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, Zalujni 11 gün öncə Polşa-Ukrayna sərhədindəki gizli bir yerdə NATO-nun yüksək rütbəli hərbçiləri ilə görüşüb.

Görüşdə amerikalı general Kristofer Kavoli və Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Toni Radakinin də iştirak etdiyi qeyd edilib.

Qəzetin yazdığına görə, görüşün məqsədi Ukraynanın hərbi strategiyasının yenidən qurulmasına kömək etmək olub. Qərb mənbələrinin məlumatına görə, danışıqlardan sonra Ukraynanın döyüş strategiyası dəyişdirilib.