Dünya

“Ukraynada radioaktiv çirklənmə başlayıb, ölkə yaşamaq üçün yararsız hala çevrilir” – Rusiya XİN

“Ukraynada radioaktiv çirklənmə başlayıb, ölkə yaşamaq üçün yararsız hala çevrilir” – Rusiya XİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ərazisində radioaktiv çirklənmə başlayıb”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Komsomolskaya Pravda”da dərc olunmuş məqaləsində yazılıb.

O bildirib ki, buna səbəb Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi uranlı silahlardır: “Ukrayna həyat üçün yararsız ölkəyə çevrilir”.

M.Zaxarova yazıb ki, ukraynalılar sözügedən silahların mümkün qədər tez ölkədən çıxarılmasını tələb etməlidirlər.

Qeyd edək ki, bu ilin mart ayında Böyük Britaniya Ukraynaya tükənmiş uran mərmilərini göndərmək planlarını açıqlayıb. NATO bunun beynəlxalq hüquqa zidd olmadığını bildirib.