Ukraynanın NATO-ya üzv olacağına dair vəd yerinə yetirilməlidir, lakin ukraynalılar bunun üçün daha 75 il gözləyə bilməzlər.
7Times.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “CNN”-ə müsahibəsində deyib.
Nazir qeyd edib ki, son günlərdə Ukrayna bütün səviyyələrdə üzvlük yolunun çox ümidverici olmasına dair siqnallar görüb.
Kuleba əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü Avro-Atlantik regionda strateji təhlükəsizliyi və sabitliyi təmin etməyin yeganə yoludur.
Follow @7timesaz