Aktual

Un qıtlığı yarandı – Çörək zavodları bir-bir bağlanır

Un qıtlığı yarandı – Çörək zavodları bir-bir bağlanırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Livanda taxıl krizi böyüyür.
Sfera.az bildirir ki, ölkənin müxtəlif bölgələrindəki çörəkbişirmə sexlərinin un təchizatında problem yaşaması böhrana səbəb olub.
Bəzi yerli xəbər saytlarında “Bir çox çörək zavodu artıq un olmadığı və vətəndaşların çörək ehtiyacını ödəyə bilmədiyi üçün bu gün fəaliyyətini dayandırıb. Sabah da əksəriyyəti eynisini edəcək”, – kimi cümlələr yer alıb.
Ötən ay Ukrayna-Rusiya münaqişəsinin Livanın buğda çıxışına təsir göstərdiyini açıqlayan iqtisadiyyat naziri başqa mənbələrdən un tapmağa çalışdığını, lakin Mərkəzi Bankdan vəsaiti gözləməli olduğunu elan edib.
Qeyd edək ki, maliyyə böhranı yaşayan Livan ABŞ dolları qıtlığı səbəbindən əsas ərzaq ehtiyaclarını idxal edə bilmir. Ukrayna və Rusiya arasındakı münaqişə isə bu böhranı daha da dərinləşdirib, çünki Livan buğdanın böyük hissəsini bu iki ölkədən idxal edirdi.