“İşsizliyin nə olduğunu çox yaxşı bilirəm. Yeddi il işsiz qalmışam. Buna görə də işsiz insanları hansı çətinliklərlə üzləşdiklərindən xəbərdaram”.
7times.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Erkin Qədirli deyib. Bu gün “Müsavat” TV-nin qonağı olan millət vəkili maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, deputat olmaq heç də ürəyincə deyil: “Universitetdən çıxardılar, işsiz qaldım, deputat oldum”.
E.Qədirli deyib ki, növbədənkənar parlament seçkiləri mojaritar qaydada keçirilsə, namizədliyini irəli sürməyəcək: “Mən proporsional seçki sisteminin tətbiq olunmasının tərəfdarıyam. Qapı-qapı düşüb insanlardan səs yığmaq adətim deyil. Hətta uşaq olanda çərşənbə bayramlarında evlərə papaq atmırdım. İnsan necə başqasının qapısını döyüb “mənə şirniyyat ver” deyər?!”.
Follow @7timesaz