Ölkə

Ünvanlı sosial yardımın verilməsi müddəti bir ilə endirildi – QƏRAR

Ünvanlı sosial yardımın verilməsi müddəti bir ilə endirildi – QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilib.

7times.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 445 № li Qərarına dair İzahda bildirilib ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

Dəyişikliyə qədər bu müddət 2 il müəyyən edilmişdi.

Sosial yardım almaq üçün müraciət edilən zaman ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailənin bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməsi üçün 15 (on beş) iş günü müddəti müəyyən olunmuşdu.

Bu məlumatlar düzgün verilmədiyi aşkar olunduqda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Qərarda edilən əsas dəyişikliklər:

Ailənin adambaşına düşən kommunal xidmətlərə görə limitinin 10 faizdən 15 faizə artırılması;

Ailənin orta aylıq gəlirinin hesablanmasında kreditin nəzərə alınmaması;

Elektron qaydada əldə olunması mümkün olmayan məlumatlar barədə aidiyyəti qurumların arayışlarının nəzərə alınması imkanının yaradılması.