Cəmiyyət

Uşağına Polad adı verənlərin sayı çoxalıb

Uşağına Polad adı verənlərin sayı çoxalıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvar ayında doğumu qeydə alınmış 12 uşağa Polad adı verilib.

7times.az xəbər verir ki, uşaqlara bu adın verilməsi 2020-ci ildə və bu ilin ilk ayında əvvəlki illərlə müqayisədə kəskin artıb.

Bu ad ən çox 2020-ci il ərzində məşhurlaşıb. Belə ki, ötən il Polad adı 193 uşağa qoyulub. Müqayisə üçün bildirək ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə isə 53 uşağa Polad adı verilmişdi.(report)

Qeyd edək ki, Polad adı general-mayor Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.