Araşdırmaçı alimlər sübut ediblər ki, uşaq zehni qabiliyyətini anasından miras alır, burda atanın genləri iştirak etmir.
7times.az TurpKimi.com -a istinadla xəbər verir ki, avropalı alimlər müəyyən ediblər ki, X xromosomlar uşaqlarda elmi qabiliyyətin səviyyəsindən məsuldur. Belə ki, qadınların DNT-si 22 cüt X xromosomundan ibarət olduğundan uşaqların intellekt səviyyəsini anadan miras götürdüyü qənaətinə gəlmək olar.
Alimlər “şərti genlər” də aşkar ediblər. Onların hərəkətləri öz mənşəyindən asılı olaraq fərqlənir. Bir insan onları anadan miras alırsa, olduğu kimi işləyir. Yox əgər atadan alırsa, aktivləşmirlər.
Tədqiqat zamanı araşdırmaçılar gəmiricilərə ana genləri daxil ediblər. Bu zaman gəmiricilərin başları böyüməyə, bədənləri isə balaca qalmağa başlayıb. Hətta onların beyni müəyyən olunmuş normadan bir neçə dəfə böyük olub. Siçanlara ata geni vurulduqda isə bunun tam tərsi baş verib.
Daha sonra alimlər 14-22 yaş qrupundakı 12 min 686 gənc arasında da sorğu keçiriblər. Sorğuda sosial-iqtisadi vəziyyət və irq kimi elementlər də nəzərə alınıb.
Nəticədə “insanların intellektual səviyyəsinin əsas göstəricisi anasının İQ səviyyəsidir” , – deyə alimlər bildiriblər.
Beləliklə, insanlara genetikanın 40-60 faiz təsir edir, digər xüsusiyyətlər isə ətraf mühit və həyat tərzi ilə formalaşır.
Follow @7timesaz