Ölkə

Uşaqların Beynəlxalq Müdafiəsi Günü XAÇMAZ – FOTOLAR

Uşaqların Beynəlxalq Müdafiəsi Günü XAÇMAZ – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xaçmaz şəhərindəki Zəfər Parkı xüsusi zövqlə bəzədilib. Bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qəhrəman oğullarımızın yadıgar övladları, təhsil ocaqlarının kollektivləri iştirak ediblər.
Tədbir iştirakçıları parkı gəzərək Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının, o cümlədən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanan müxtəlif əl işlərindən ibarət sərgiyə və güşəyə baxış keçiriblər.
Nümayiş etdirilən rəsm əsərləri və uşaqların vətənpərvərlik mövzusunda hazırladığı ədəbi kompozisiyalar, müxtəlif səhnəçikləri, iştirakçılar tərəfindən maraqla izlənilib.
 
Gülay
7Times.az
Xaçmaz