Manşet

ÜST rəhbəri koronavirusdan sağalanlara xəbərdarlıq etdi – Ehtiyatlı olun!

ÜST rəhbəri koronavirusdan sağalanlara xəbərdarlıq etdi – Ehtiyatlı olun!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusdan sağalan insanlarda virus həyati vacib orqanlara uzunmüddətli təsirini qoyur.

7times.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adanom Qebreyesus xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu simptomlar zaman keçdikcə dəyişir və pisləşməyə doğru gedir.

ÜST rəhbərinin sözlərinə görə, söhbət yorğunluq, öskürək, tənəffüs çətinliyi, iltihab, həmçinin ağciyər və ürək daxil olmaqla əsas orqanların zədələnməsindən gedir.

Qebreyesus COVID-19-dan sağalmanın yavaş ola biləcəyini, həftələr və hətta aylar çəkə biləcəyini deyib.

O həmçinin bildirib ki, mənfi nəticələr həm xəstəxanada, həm də evdə müalicə alanlarda, yaşından və cinsiyyətindən asılı olmayaraq eyni dərəcədə özünü göstərir.

Təşkilatın baş direktoru uzunmüddətli nəticələrdən əziyyət çəkən insanların sayının hələ müəyyənləşmədiyini qeyd edib.virtualaz.org