Azərbaycanı keyfiyyətsiz məhsullar poliqonuna çevirmək olmaz.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.
Rüfət Quliyev deyib ki, insanların səhhəti üçün zərərli olan xaricdən gətirilən, o cümlədən daxildə işbaz sahibkarların istehsal etdiyi məhsulların nə satışına, nə də istehsalına icazə vermək olmaz: “Bu, insanlar üçün təhlükədir. Tutaq ki, aptekdən, hansısa ticarət şəbəkəsindən hansısa qida əlavəsini, yaxud yağı alırsan. O məhsulun üzərində elə şeylər yazılır ki… Az qala xərçəngdən tutmuş prostatın müalicəsinə qədər hər şeyə kömək edir. Axı necə ola bilər ki, adi dərman belə olmayan məhsul bu qədər xəstəliyin müalicəsinə kömək etsin? Bu, insanları aldatmaq deməkdir. Düzdür, yoxlamalarla bağlı ehtiyatlı olmaq lazımdır. Lakin insanların səhhətinə təsir edən belə hallarla bağlı həssas olmalıyıq”.
Follow @7timesaz