Dünən saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. 14 hərbi qulluqçu həlak olub.
7Times.az Demokrat.az -a istinadən xəbər verir ki, bununla bağlı status paylaşan ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev telekanalların əyləncəli verilişlər yayımlamasını tənqid edib:
“Şəhidimiz olanda telekanalların efirlərindən konserti, şit verilişləri çıxarması doğrudanmı çətindir? Doğrudanmı ANS-dən vaxtında heç bir şey öyrənmədiniz??? WhatsApp-la mediaya nəzarət etmək sistemi növbəti dəfə özünü doğrultmadı. Ayıbdır, Vallah! 14 yüksək rütbəli zabitimiz Şəhid olub!!! Allah rəhmət etsin!”
Follow @7timesaz