Cəmiyyət

Vaksin vurulan şəxs yenidən virusa yoluxa bilər? – TƏBİB-dən AÇIQLAMA

Vaksin vurulan şəxs yenidən virusa yoluxa bilər? – TƏBİB-dən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) peyvənd olunan şəxsin virusa yenidən yoluxma ehtimalının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

TƏBİB-dən 7times.aza bildirilib ki, peyvənd ikinci doza vurulduqdan iki həftə sonra öz təsirini göstərməyə başlayır və qanda anticisimləri təyin etmək mümkün olur. Lakin bununla yanaşı qeyd olunub ki, bu, hər kəsin immun sisteminə görə dəyişə bilər.

“Müxtəlif peyvəndlər üzərində aparılan tədqiqatların nəticələri fərqlidir. Türkiyədə aparılan tədqiqatlar “CoronaVac” vaksininin effektivlik dərəcəsini 92 faiz qiymətləndirir. Braziliyada aparılan tədqiqatlar vaksinin xəstəliyi ağır və orta ağır hallardan 100 faiz qorumasını təsdiq edib”, – məlumatda qeyd olunub.