Xaçmaz rayonu, Gödəkli kənd sakini Daşdəmirov Yaşar Balasoltan oğlu tərəfindən 7Times.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasının Baş prakuroru Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Daşdəmirov Yaşar Balasoltan oğlu, 12.06.1979-cu il tarixində Xaçmaz rayonunun Gödəkli kəndində anadan olmuşam. Anadan olduğum tarixdən həmin kənddə yerləşən atam Daşdəmirov Balasoltan Camaləddin oğluna məxsus 5 otaqlı, ümumi sahəsi 139.8 kvmetr, yaşayış sahəsi isə 81 kvmetr olan evdə qeydiyyatda olmaqla yaşayıram. 2003-cü ildə ailə həyatı qurmuşam və həmin evliliyimizdən 2 övladım vardır.
Bakı şəhərində 2 övladı ilə birlikdə yaşayan bacım Sevil Hacıyeva Xaçmaz rayonunun Gödəkli kəndində yaşayan valdiyenlərimə (atam Daşdəmirov Balasoltan Camaləddin oğlu, anam Daşdəmirova Mariya Arsenyevna qızı) məxsus əmlaklarına sahib çıxmaq məqsədilə, qanunsuz yollarla saxta sənədlər hazırlamaqla və həmin saxta sənədlər əsasında valideynlərimin birinci dərəcəli vərəsəsi olduğum halda, mənim maraqlarım nəzərə alınmadan və razılığım olmadan notarial qaydada atam Balasoltan Daşdəmirov ilə atama məxsus əmlakın ona bağışlanması barədə müqavilə hazırlatdırmışdır. Hətta Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları ilə cinayət əlaqəsinə girərək, oradan digər qonşu Çaykənarı kəndində yerləşən mövcud olmayan əmlakın yüklü olmaması barədə arayış almış və həmin arayış əsasında atam ilə birlikdə Qusar rayonuna gedərək, orada notarial qaydada 18 mart 2022-ci il tarixdə mövcud olmayan daşınmaz əmlak barədə bağışlanma müqaviləsi bağlatdırmışdır. Daha sonra isə, həmin müqaviləyə əsasən, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsindən Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən mənim və ailə üzvlərimin də, qeydiyyatda olduğumuz evə bizim razılığımız olmadan tam mülkiyyətçi kimi çıxarış almışdır.
Elə buna görə də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin, həm də bu işlə əlaqəsi olan digər təşkilatların və ən əsası isə bütün bu saxtakarlığı həyatı keçirən Sevil Haciyeva barədə qanuni tədbir görməyinizi xahiş edirəm”.
Redaksiyadan: qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Follow @7timesaz