Maraqlı

Varlı ruslar bu ölkədən 12 mlrd dollarlıq əmlak alıb – Son 3 ayda

Varlı ruslar bu ölkədən 12 mlrd dollarlıq əmlak alıb – Son 3 aydabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Varlı ruslar ölkədən qaçıb, sanksiyalardan yayınmaq, öz varidatlarını qorumaq üçün ən müxtəlif yolları əl atmaqdadır. Ona görə də dünyanın ən müxtəlif ölkələrinə üz tutmaqdadır.

Dubayda mənzil bazarının təhlili ilə məşğul olan şirkətlərin məlumatına görə, bu ilin birinci rübündə Dubayda daşınmaz əmlakın rusiyalı alıcılarının payı 67% artıb. Bu bəzi rusları başqa ölkələrdə biznes qurmaq imkanından məhrum edən Qərbin sanksiyaları ilə bağlıdır.

“Ölkə.Az” xəbər verir ki, “Betterhomes” daşınmaz əmlak şirkətinin məlumatına görə, Rusiya Dubay daşınmaz əmlak bazarında ən aktiv investorlar reytinqində 7-ci yerdən 5-ci yerə yüksəlib.

Analitiklər hesab edirlər ki, Rusiya tezliklə bu reytinqdə daha da yüksələcək, hətta siyahıya başçılıq edə bilər.

Daşınmaz əmlak alanların siyahısına son vaxtlar Rusiyanın bir sıra məşhur şəxslərinin adları, xüsusən də Roman Abramoviçin adı daxil edilib. Betterhomes şirkətinin baş direktorunun sözlərinə görə, rusiyalı müştərilər Dubayın ən prestijli ərazilərində, əsasən Fars körfəzinə baxan yaşayış komplekslərində daşınmaz əmlak alırlar. Brokerlərin fikrincə, 2022-ci ilin ilk üç ayında ruslar Dubaya ən azı 12 milyard dollar xərcləyib. Bu müddətdə Dubayda rekord qiymətdə 76,2 mln dollarlıq mənzil satışı qeydə alınıb.