Ölkə

VASİF TALIBOVSUZ YAP YUBİLEYİ?! – MR rəhbəri ətrafında ciddi proseslərin getdiyi təsdiqlənir

VASİF TALIBOVSUZ YAP YUBİLEYİ?! – MR rəhbəri ətrafında ciddi proseslərin getdiyi təsdiqlənirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubleyi ilə bağlı təntənəli mərasim keçirilib. Tədbirdə ölkə Prezidenti, YAP sədri İlham Əliyev, nazirlər, deputatlar, xarici diplomatlar və digər rəsmi qonaqlar, habelə müxalifət partiyalarının sədrləri, media rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib. Prezident yubiley tədbirində geniş nitq söyləyib, 30 ildə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələrdən danışıb.

 

Tədbir bir sıra diqqətçəkən məqamlarla yadda qalıb. Onlardan biri YAP-ın qurucularından olan sabiq səhiyyə naziri, 14 illik həbsdən sonra özünə partiya yaratmış Əli İnsanovun yubiley tədbirində iştirakıdırsa, digəri AMEA-nın keçmiş prezidenti, YAP Ağsaqqallar Şurasının sədri Ramiz Mehdiyevin görünməməsidir. Onun tədbirə dəvət edilmədiyi, yaxud dəvət alıb, amma özünün qatılmadığı məlum deyil.

R.Mehdiyevə hakim komandada kəskin mənfi münasibət fonunda onun YAP yubileyində görünməməsi haradasa başadüşüləndir, amma Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri, YAP İdarə Heyətinin üzvü Vasif Talıbovun yubiley tədbirində gözə dəyməməsi, sözün əsl mənasında sensasiyadır. Tədbirdən foto və videogörüntülərdə V.Talıbov görünmür. Həmçinin, tədbirə qonaq qismində dəvət olunanlar da MR rəhbərinin yubileydə iştirakını təsdiq emirlər. Baxmayaraq ki, V.Talıbovun dünən Naxçıvandan Bakıya gəldiyi haqda məlumatlar verilirdi.

 

 

Əgər həqiqətən də V.Talıbov YAP-ın 30 illik yubiley tədbirinə dəvət olunmayıbsa, bu, MR rəhbərinin son zamanlar ciddi problemlərinin yarandığı haqda məlumatların birbaşa təsdiqi sayıla bilər. Bundan əvvəl MR-in sabiq MTN naziri Vəli Ələsgərovun Ali Məhkəmənin gözlənilməz qərarı ilə dərhal həbsdən buraxılması V.Talıbovun hakimiyyət daxilindəki mövqeyini sual altına salmışdı. Əksəriyyətin fikri budur ki, Talıbovun şəxsi düşməninin onun iradəsinə zidd olaraq həbsdən buraxılması təsadüf ola bilməzdi. Bunun ardınca YAP-ın yubiley tədbirində də görünməməsi MR rəhbərinin ətrafında hansısa ciddi proseslərin getdiyi haqda şübhələri təsdiqləmiş oldu.

“AzPolitika.info”