Ölkə

“Vasif Talıbovun dövründə bir vatsap statusuna görə işdən çıxarıldım” – Xalq artisti

“Vasif Talıbovun dövründə bir vatsap statusuna görə işdən çıxarıldım” – Xalq artistibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvanda xalq üçün ən qorxulu, ən amansız adam şəxsən Azər Zeynalovun özüdür”.

7Times.az xəbər verir ki, bu barədə Xalq artisti Həsən Ağasov BAKU TV-yə açıqlamasında deyib. O, Muxtar Respublikanın keçmiş sədri Vasit Talıbovun hakimiyyəti dövründə başına gətirilən müsibətlərdən söz açıb. O, bir vatsap statusuna görə çalışdığı teatrdan çıxarıldığını, aylarla işsiz qaldığını açıqlayıb.

“2021-ci ilin iyununda vatsapda belə bir status paylaşmışdım, “Yeyin-için, imarətlər tikdirin. Cammatda bir tikə çörək qazanmaq üçün əzablar çəksin. İnşallah yediyinizi qusasınız”. Bu statusdan sonra məni mədəniyyət naziri çaığrdı və işdən ərizəm əsasında çıxmalı olduğu bildirdi. Belə başa düşdüm ki, buradan, Ali Mıclisdən göstəriş verilib. Əvvəl etiraz etdim ki, niyə çıxmalıyam?! Nazir isə çıxmasam məni xüsusi maddə ilə çıxaracağını dedi. Gəldim evə, fikirləşdim. Qohum-əqraba dedi ki, onlar sənə ziyan verərlər, yəqin bir-iki aya səni qaytararlar, bizə ziyan dəyməsin, yazsan yaxşıdır. Mən də dedikləri kimi, səhhətimlə bağlı işdən çıxmağımla bağlı ərizə yazdım və 2021-ci ilin iyunundan işsiz qaldım” deyə, H.Ağasov bildirib.

Aktyor həmin dövrdə hazırda Vasif Talıbovun səlahiyyətlərini icra edən Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun tapşırığı ilə televiziyalarda onun rol aldığı tamaşaların yayımdan qaldırıldığını, səsləndirdiyi şeirlərin efirə verilmədiyini əlavə edib:

“Məni Naxçıvan televiziyasında blokladılar, tamaşalarımız, orada səs yazılarım var, şeir oxumuşam hamısının qarşını aldılar. Bu tapşırığı da onlara Azər Zeynalov vermişdi”.