Ölkə

Vergi yığımında rekord qeydə alınıb – Mikayıl Cabbarov

Vergi yığımında rekord qeydə alınıb – Mikayıl Cabbarovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin dekabrın 15-nə aid olan məlumata əsasən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 milyard manatı keçib.

7Times.az  xəbər verir ki, bu haqda məlumatı İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.Nazir bildirib ki, daxilolmaların 7,9 milyard manatı, yəni 52,66 faizi qeyri neft-qaz sektorundan daxil olub. “Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidməti-nin əməkdaşlarına təşəkkürümüzü bildiririk”, – deyə nazir bildirib.