Cəmiyyət

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi iştirakçısı Azər Həsən oğlu Bayramov vəfat edib.

Modern.az-ın məlumatına görə, Lerik rayonunun Siyov kənd sakini olan A.Bayramov bu gün dünyasını dəyişib.

Məlumata görə, o, qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

A.Bayramov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edib. O, Vətən Müharibəsində XTQ-nin bir sıra uğurlu əməliyyatlarında şücaət göstərib.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Azər Həsən oğlu Bayramov “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

O, müharibədən sonra polis orqanlarında leytenant kimi xidmətini davam etdirib. Mərhumun atası Həsən Bayramov da bir ay öncə dünyasını dəyişib.

A.Bayramov doğulduğu Siyov kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!