Azərbaycanın daha bir Vətən müharibəsi qazisi dünyasını dəyişib.
7times.az xəbər verir ki, 6 aydır koma vəziyyətində olan Səbuhi Hüseynli bu gün şəhidlik zirvəsinə ucalıb.
Xaçmaz rayonunun Maqsudkənd kəndindən olan 23 yaşlı Səbuhi Hüseynli oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlər zamanı ağır yaralanmışdı.
Qazimiz oktyabrın 30-da beyin əməliyyatı olunsa da xeyri olmayıb.
Onun 1 övladı yadigar qalıb.
Allah rəhmət eləsin!
Report
Follow @7timesaz