Maraqlı

Videozəng zamanı soyunan qızın görüntüləri yayıldı – FOTO

Videozəng zamanı soyunan qızın görüntüləri yayıldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvadan bir qız “Fashion TV”yə çıxmaq istədi və “video müsahibə” zamanı soyundu. Sonra nə oldu, yəqin ki, artıq təxmin edirsiniz. Fırıldaqçılar onu şantaj etməyə başlayıblar, sonra isə dostlarına çılpaq şəkillər göndəriblər.

Milli.Az bildirir ki, 23 yaşlı Mariya Telegram-da Fashion TV-nin onlayn kastinqi elanına rast gəlib. Elan qeyri-müəyyən idi, amma qız yenə də özünü aparıcı kimi sınamaq istədi və kastinq üçün ərizə göndərdi. Bir müddət sonra özünü administrator kimi təqdim edən kişi onunla əlaqə saxladı. O, birbaşa Teleqram-da video müsahibədən keçməyi təklif etdi.

Kişi qıza zəng edərək fiqurasını qiymətləndirmək və diksiyanı yoxlamaq üçün bikini geyinib danışmasını istəyib. Növbəti xahiş belə oldu – kişi qızdan alt paltarını çıxarmasını tələb etdi. Sakit, inamlı səslə “prodüser” izah etdi ki, bu, Mariyanın dərisini yoxlamaq üçün lazımdır. Birdən onun dərisi pis olar, yaxud dərisində döymələr olar. Qız tələbi yerinə yetirib, sonra zəng edən şəxs telefonu qapadıb.

Daha sonra o, zəng edərək namizəddən yenidən soyunmasını istəyib. Bu dəfə Mariya imtina etdi və sonra Teleqram-da standart bir mesaj aldı: pulu ödəməsə, bütün çılpaq şəkillərini dostları görəcək və onlar Telegram kanalında yerləşdiriləcək. Fırıldaqçı Mariyaya digər qızların da aldadıldığını və nəticədə onların pul ödədyini “sübut”lar göndərib.

Ancaq Mariya pul köçürməmək qərarına gəldi – və sonra dostları həqiqətən onun videosu göndərdildi. Qız bədxahlardan qisas almaq qərarına gəlib: o, cinayətkarların Qiwi pulqabısını bloklayıb, polisə gedib və orada “prodüserlər” haqqında ərizə yazıb.