Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.
7times.az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.
Həmin vəzifəyə hələlik təyinat yoxdur.
Follow @7timesaz