Sosial

Volqa – Xəzər dəniz kanalında iki gəmi saya oturub

Volqa – Xəzər dəniz kanalında iki gəmi saya oturubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volqa – Xəzər kanalının dəniz hissəsində iki gəmi saya oturub.

Bu barədə fevralın 26-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.

İlkin məlumatlara görə, bir gəminin gövdəsi zədələnib.

Hadisə ötən gün kanalın 170-ci km-də baş verib.

“1500 ton duz və 6 yük maşını daşıyan “Nazmehr” və yüksüz olan “Tiam” gəmisi saya oturub. Birinci gəminin gövdəsi zədələnib. Onun aşması təhlükəsi, eləcə də kanalda naviqasiya üçün təhlükə yoxdur”, – məlumatda bildirilib.

Fövqəladə Hallar Nazirliyi xəsarət alanların olmadığını vurğulayıb.