Maraqlı

Votsapdan daha bir yenilik: Telefon nömrəniz görünməyəcək

Votsapdan daha bir yenilik: Telefon nömrəniz görünməyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Votsapın yeni funksiyası üzərində işlənilir.

7Times.az  “Son dakika”ya istinadən xəbər verir ki, votsap istifadəçiləri telefon nömrəsi olmayan kontaktı tapmağı asanlaşdırmaq səbəbilə özləri üçün ləqəb yarada biləcəklər.

Bununla bağlı ilk məlumatı “WABetaInfo” nəşri yayıb.

Nəşrdə qeyd olunub ki, bu potensial olaraq kontaktların əlavə edilməsini asanlaşdıracaq:

“Yenilik daha çox məxfiliyi təmin edəcək. Çünki şəxsi telefon nömrənizi heç kimlə paylaşmağa ehtiyac olmayacaq”.

Bildirilib ki, hazırda votsapda kontakt əlavə etmək üçün həmin şəxsin telefon nömrəsini bilmək lazımdır.

Qeyd edək ki, bu funksiya hazırda Teleqram tətbiqində var.