Cəmiyyət

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

Vüqar Səfərlinin həbs müddəti uzadıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərli və“Portos” MMC-nin direktoru Nadir Məmmədovun barəsində olan həbs qətimkan müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

7times.az-ın məlumatına görə, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib. Məhkəmənin qərarı ilə V. Səfərli və N. Məmmədovun barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.