“Western Union” valyuta transferi şirkəti Rusiya və Belarusda fəaliyyətini dayandırır.
7Times.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qərarın qəbul edilməsi zamanı şirkətin səhmdarları ilə geniş dialoq aparılıb.
“Rusiyanın Ukraynaya uzun sürən hücumunun davam edən faciəvi təsiri fonunda Rusiya və Belarusdakı əməliyyatlarımızı dayandırmaq qərarına gəlmişik”, – şirkətin yaydığı məlumatda deyilir.
Follow @7timesaz