Maraqlı

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata… 

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha əvvəl “WhatsApp” messencerində mesajın öz-özünə silinməsi ilə bağlı taymerlərin əlavə olunacağını xəbər vermişdik. 

Sfera.az-ın məlumatına görə, artıq tətbiq bu yeni funksiyasını istifadəçilərə təqdim edib.

Bunun köməyi ilə istənilən mesaj seçilmiş müddətdən sonra avtomatik silinəcək.

Əvvəllər mesajların avtomatik silinməsi göndərildikdən 7 gün sonra mümkün idisə, indi tətbiqə daha iki yeni müddət əlavə olunub: 24 saat və 90 gün.

Qeyd edək ki, qarşı tərəfin xəbəri olmadan bu yenilikdən istifadə etmək mümkün olmayacaq. Funksiyadan istifadə edildiyi vaxt mesajların silinəcəyi barədə xəbərdarlıq mesajı da gedəcək.