Maraqlı

“WhatsApp”da silinən mesajlardakı şəkillər yaddaşda saxlanmayacaq – FOTO

“WhatsApp”da silinən mesajlardakı şəkillər yaddaşda saxlanmayacaq – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp”ın müvəqqəti mesajlarında göndərilən foto və videoların telefonun yaddaşında saxlandığı və digər proqramlar vasitəsilə şəkillərin əlçatan olması istifadəçilərin narazılığına səbəb olmuşdu.

Lent.az xəbər verir ki, “Whatsapp”ın beta versiyasında konfidensiallığın qorunması üzrə yeni funksiya istifadəyə verilib.

Yeni özəllik sayəsində avtomatik silinən mesajlar rejiminin işə salındığı çatlarda göndərilən fotolar və videolar “Gallery”də yaddaşa düşməyəcəklər. Tezliklə tətbiqin stabil versiyasında istifadəyə veriləcək bu funksiyanın necə işlədiyi üzrə foto da təqdim edilib.

Qeyd edək ki, bundan əvvəl göndərilən şəkillər avtomatik telefonun “Gallery” bölməsində yaddaşda saxlanırdı.