Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.
7Times.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.
2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov 7-ci mərtəbədən yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz