İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün 1/8 finalında Gürcüstan üzərində inamlı qələbədən (4:1) sonra emosiyalarını bölüşüb.
7Times.az xəbər verir ki, “Marca” nəşri təcrübəli mütəxəssisin şərhini belə təqdim edib:
“Futbolçularım çox xoşbəxtdirlər. Bu, bizim üçün çox vacib oyun idi, onun sayəsində 1/4 finalda Almaniya ilə oynayacağıq. Bura gəlməyin nə qədər vacib olduğunu bilirdik, buna zəhmətlə nail olduq. Heç nə asan əldə olunmur. İlk yarıda ələ düşən çoxsaylı qol imkanlarından yararlana bilmədik. İkinci hissədə nisbətən asan oldu. Ümumiyyətlə, rəqibin qapısına 8-9 qol vura bilərdik.
Əvvəlcə bərpa olunacağıq, sonra isə futboldan həzz almağa davam edəcəyik, güclü tərəflərimizdən istifadə edib hər gün daha çox tanınan komandaya çevriləcəyik. Almaniyaya qarşı ən yaxşı variantımızı göstərməliyik”.
AÇ-2024-ün 1/4 finalında İspaniya Almaniya millisi ilə qarşılaşacaq.
Fanat.Az
Follow @7timesaz