Hadisə

Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar var

Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

7Times.az xəbər ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində “SHACMAN” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.