İdman

Almaniya millisinin baş məşqçisi: Şimşəyə görə yaranan fasilə xeyirimizə oldu

Almaniya millisinin baş məşqçisi: Şimşəyə görə yaranan fasilə xeyirimizə oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimşəyə görə yaranan fasilə xeyirimizə oldu.

7Times.az xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Danimarkaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis 1/4 finala yüksəlməyin sevindirici olduğunu bildirib: “Rəqibə qarşı layiqli mübarizə apardıq. Qarşılaşmanın ilk 20 dəqiqəsi möhtəşəm alındı. Şimşəyə görə yaranan fasilə xeyirimizə oldu. Fasilə müddətində taktiki dəyişikliklər etdik. Danimarka yaxşı komandadır. Qalib gəldiyimiz üçün xoşbəxtəm. Komandamın üzvlərinə təşəkkür edirəm”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Danimarkaya 2:0 hesabı ilə qalib gələn meydan sahibəri növbəti mərhələyə yüksəlib. 1/4 finalda rəqib İspaniya – Gürcüstan cütünün qalibi olacaq.