Bu gün Xaçmaz avtovağzalından Bakı istiqaməti üzrə hərəkət edən nəqliyyat vasitələrinə bilet alan sərnişinlər avtobus sürücülərinin şok qadağası ilə qarşılaşıb.Beləki,sürücülər biletlə avtobusa yaxınlaşan sərnişinləri nəqliyyat vasitələrinə minməyə icazə vermiyib.
Tofiq Muradov adlı sərnişinin “7Times.az”-a verdiyi məlumata görə o,Xaçmaz-Bakı reysi üçün avtovağzal kassasından bilet alıb avtobusa yaxınlaşan zaman sürücünün qəzəbinə tuş gəlib və sürücü onun nəqliyyat vasitəsinə minməsinə icazə vermiyib.
Baş verən hadisəyə münasibət almaq üçün Xaçmaz avtovağzalı ilə əlaqə saxlamaq cəhdimiz alınmıyıb.
Follow @7timesaz