Ölkə

Xaçmaz-Xudatda fəaliyyət göstərən avtobuslarda qiymət artıb? – RƏSMİ AÇIQLAMA

Xaçmaz-Xudatda fəaliyyət göstərən avtobuslarda qiymət artıb? – RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazla Xudat arasında fəaliyyət göstərən avtobuslarda gediş haqqı 50 qəpikdən 80 qəpiyə artırılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

7times.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, Xaçmaz-Xudat yolunda qanunsuz işləyən mikroavtobuslarda belə hallar ola bilər:

“Bizim rəsmi fərqlənmə nişanı verdiyimiz şəhərlərarası, rayonlararası avtobuslar rəsmi qaydada fəaliyyət göstərmir. Pandemiya ilə əlaqədar onların işi məhdudlaşdırılıb. Daxildə – kəndlərə, qəsəbələrə işləyən və bizim tərəfdən fərqlənmə nişanı alan avtobuslarda qiymət artımı baş verməyib. Buna ciddi nəzarət olunur”.