Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Zəfər Parkında təşkil edilən bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, şəhid ailələri, qəhrəman oğullarımızın yadıgar övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak ediblər.
İştirakçılar əvvəlcə rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqlar, o cümlədən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanan müxtəlif əl işlərindən ibarət sərgiyə baxış keçirib, nağıl qəhrəmanlarının səhnəçiklərini izləyiblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev uşaqları bayram münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb.
Bayram şənliyində körpələr evi – uşaq bağçalarının istedadlı yetirmələri bir-birindən maraqlı, şən musiqi və rəqs nömrələri ilə çıxış ediblər Müxtəlif nağıl personojları tərəfindən kompazisiyalar təqdim edilib. Böyük coşqu və vətənpərvərlik əhval-ruhiyyəsi ilə keçən konsert proqramı balacaların qəlbində sevinc, üzündə təbəssüm yaradıb.
Tədbirdə şəhid övladlarına Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.














