Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Xaçmaz meşəbəyliyində 3 palıd ağacının kəsildiyi məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən 7times.az-a bildirilib ki, araşdırma zamanı ağacların Oğuz şəhər sakini Cavanşir Abışov tərəfindən kəsildiyi və təbiətə 2 165 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib.
Follow @7timesaz