Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə turizm zonalarında yerləşən dənizkənarı ərazilərdə təmizlik işləri aparılıb.
Niyazoba, İstisu, Seyidlikəndyeri və Nabran ərazisində yerləşən çimərliklərdə dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb.
Toplanan zibil qalıqlarının daşınması təmin edilib. Çimərlik mövsümü ilə əlaqədar bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi mütəmadi olaraq nəzərdə tutulub.






