Manşet

Xaçmazda “Lexus”u qaçırıb qəza törətdilər

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xaçmazda “Lexus”u qaçırıb qəza törətdilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-də saat 14 radələrində Xaçmaz RPŞ-yə şəhər ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən şəhər sakini A.Zeynalovun “Lexus” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

7times.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün səkiyə vurulmuş vəziyyətdə şəhər ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçıranın şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.