Xaçmazda qələbə sevinci ilə bağlı avtoyürüş keçirilib.
Bu barədə 7times.az-a DİN mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.
Bildirilib ki, Qarabağın işğaldan azad edilməsi münasibəti ilə Xaçmaz şəhərində də avtoyürüş təşkil olunub.
Yürüş zamanı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində lazımi bütün tədbirlər həyata keçirilib.