Ölkə

Xaçmazda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub – FOTOLAR

Xaçmazda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə rəhbərləri və tibb işçiləri əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası, Publik Hüquqi şəxsin direktoru Səyyaf Tağıyev rayonda tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Digər çıxış edənlərdə tibb işçilərini təbrik edib, əhalinin sağlamlığının qorunması istiqmaətində səmərəli fəaliyyətlərində uğurlar arzulayıblar.
Tibb işçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup qabaqcıl tibb işçisinə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.