Xaçmaz rayonunun Niyazoba çimərliyində balıqçı torları quraşdırılıb.
“7Times.az” xəbər verir ki, çimərliyin vətəndaşlar tərəfindən istifadə olunan təhlükəsiz zonalarında yerləşdirilən balıqçı torları ciddi təhlükə mənbəyidir. Belə ki, çimərlik zolağında balıqçılar tərəfindən insanların ümumi istifadəsində olan ərazilərdə kütləvi balıq ovu üçün nəzərdə tutulan qapan torlar yerləşdirilib.
Bu isə insanların həyatı üçün birbaşa təhlükə yaradır.
Gündüz saatlarında minlərlə insanın dənizdə çimməsinə baxmayaraq, balıqçılar mühərrikli qayıqlarla çimərlik zolağında sərbəst şəkildə hərəkət edir və öz fəaliyyətlərini davam etdirirlər.
Məsələ diqqətimizdədir və mövzunu izləməkdə davam edəcəyik.
Cəlal Fərzəliyev
Follow @7timesaz