Ölkə

Xalq seçkilərdə xüsusi fəallıq nümayiş etdirib – MSK sədri

Xalq seçkilərdə xüsusi fəallıq nümayiş etdirib – MSK sədribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri ölkənin bütün ərazisində keçirilib.

 

7Times.az  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 

O qeyd edib ki, Azərbaycan xalqı seçkilərdə xüsusi fəallıq nümayiş etdirib.

 

Sədr vurğulayıb ki, seçkilərin şəffaf və ədalətli keçirilməsini yerli və beynəlxalq medianın iştirakı, prosesi işıqlandırması da sübut edir.

 

“Azərbaycanda keçirilən seçkiləri təqribən 90 mindən artıq yerli, 790 beynəlxalq müşahidəçi izləyib. Maldiv adalarından tutmuş Avropa ölkələrinədək müşahidəçilər seçki prosesini yaxından izləyiblər. Müşahidəçilər də seçicilərin çox fəal olduqlarını verdikləri müsahibə, açıqlama və keçirdikləri mətbuat konfranslarında vurğulayıblar”, – Məzahir Pənahov qeyd edib.