Qarabağ

Xankəndi separatçılarının HARAYI: “Düşmənlə bir dövlətin tərkibində yaşamağa razı olmayanlar mitinqə gəlsin”

Xankəndi separatçılarının HARAYI: “Düşmənlə bir dövlətin tərkibində yaşamağa razı olmayanlar mitinqə gəlsin”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 19:00-da Xankəndidə kütləvi mitinq keçiriləcək.

7Times.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Onlar Praqa razılaşmasına qarşı çıxaraq bu gün saat 19:00-da İntibah meydanında kütləvi mitinq təşkil edirlər.

“Aksiyanın əsas məqsədi beynəlxalq ictimaiyyətə Qarabağ ermənilərinin aydın və barışmaz mövqeyini çatdırmaqdır. Biz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan heç bir sənədi qəbul etməyəcək və tanımayacağıq.

İlham Əliyev Praqada bəyan edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və bununla razılaşmayanlar hara istəyirlər, gedə bilərlər.

Lakin “savadlı dünya qışda soyuqda qalmaqda qorxduğu üçün” kor qalmağa və bütün bu cinayətləri görməməyə üstünlük verir, biz isə yox.

Biz neçə-neçə qışda donmuşuq, “müstəqilliyimizin, milli öz müqəddəratını təyinetmə hüququmuzun reallaşması” uğrunda mübarizə aparmışıq və bu mübarizəni davam etdirməyə hazırıq.

Düşmənlə bir dövlətin tərkibində yaşamağa razı olmayanların hamısı bu gün mitinqə gəlməlidir”, – deyə separatçılar bildirib.

KONKRET.az