Cəmiyyət

Xətai rayonunda yerləşən yataqxanadakı yanğının ilkin səbəbi müəyyən edilib

Xətai rayonunda yerləşən yataqxanadakı yanğının ilkin səbəbi müəyyən edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın nəticəsində ümumi sahəsi 18 kvadratmetr olan birotaqlı mənzilin mətbəxi və eyvanı 12 kvadratmetr sahədə yanıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.