Xaçmaz rayonunun Bostançı kəndinin ən böyük problemi elektrik təsərrüfatı ilə bağlıdır.
Bəlkə də,mən bu tarixi kəndin ən böyük problemini çox primitiv formada ifadə etdim.1970-ci il Sovet dönəmində kommunist idealogiyasının iflasa uğradığı zamanlar,Bakı aeroportunun yenidən qurulduğu tarix.Bax,bu kəndin elektrik təsərrüfatının qurulması o zamanlara təsadüf edir.O gündən bəri özü bir tarixə dönüşən bu qocaman şəbəkə Bostançı kəndlilərinin az qala dərdinə və qubarına çevrilib.Danışmaqla anladılmayan, anlatmaqla izah oluna bilməyən bir problemdir bu.İnsanlar artıq giley-güzardan yorulub, təngə gəlib.İndiyədək hansı dövlət qurumlarına müraciət edilməyib ki? Keçmiş “Barmek” dönəmindən indiki “Azərişıq”a qədər bu xidmətin daxil olub olmadığı bütün dövlət təşkilatlarına dəfələrlə yazılıb,deyilib.
Amma nəticə olmur ki,olmur.
Daha ətraflı kənddən hazırladığımız videoreportajda…
Cəlal Fərzəliyev..
Follow @7timesaz