“Xəzər dənizində yalnız kilkə balıqlarının ovuna icazə var”.
7times.az xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin facebook səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova verib. O söyləyib ki, digər su obyektlərində kvotalar artıq bitib:
“Daxili su hövzələrindən isə Şəmkir və Mingəçevir su anbarında çəkikimilərdə kvota qalıb. Kvotalarla bağlı hər il Nazirlər Kabinetinin xüsusi Sərəncamı olur. Kvotalarla bağlı müraciət edənlərin sayında artım var. Ötən il sənaye məqsədilə balıq ovuna kvotalarla bağlı 178 müraciət olmuşdusa, bu il müraciətlərin sayı 307-yə çatıb. Bunların içində həm hüquqi, həm də fiziki şəxslər var”. modern.az
Follow @7timesaz