Ölkə

XİN daha bir açıqlama yaydı 

İndiyə qədər 22 nəfər mülki azərbaycanlı, o cümlədən 2 məktəbli öldürülüb, 74 nəfər yaralanıb.

XİN daha bir açıqlama yaydıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan ərazisindən Azərbaycanın mülki əhalisi və obyektlərinin raket atəşinə tutulması barədə növbəti dəfə açıqlama yayıb.

XİN-dən 7times.az-a daxil olan məlumatda bildirilir:

“4 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri raket atəşləri ilə Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin mülki əhalisi və obyektlərini hədəfə almağı davam etdirib. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən raket atəşinə tutulub.

Ermənistan tərəfindən qəsdən edilən atəşlər nəticəsində indiyə qədər 22 nəfər mülki azərbaycanlı, o cümlədən 2 məktəbli öldürülüb, 74 nəfər yaralanıb.

Ermənistan tərəfindən mülki əhali və obyektlərin məqsədyönlü şəkildə hədəfə alınması beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan tərəfindən, o cümlədən müvafiq beynəlxalq təşkilatlar vasitəsi ilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə yönəlmiş hücumların davam etməsi, günahsız insanların məqsədyönlü şəkildə öldürülməsinin və Ermənistanın təcavüzkar siyasətinin davam etdirilməsinin əyani təzahürüdür.

Ermənistanın bu hərbi təxribatının mövcud vəziyyətin şüurlu şəkildə pisləşdirilməsinə yönəldiyini və Ermənistanın hərbi əməliyyatların zona və əhatə dairəsini genişləndirmək niyyətini nümayiş etdirdiyini vurğulayırıq. Azərbaycan silahlı qüvvələri mülki şəxsləri qorumaq üçün adekvat əks tədbirlər görəcəkdir.

Biz, Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələbləri irəli sürən qətnamələrini yerinə yetirməyə çağırırıq. Bölgədəki vəziyyətin pisləşməsinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bir daha təkrar edirik”.