Maraqlı

Xınanın faydaları – Saymaqla bitmir!

Xınanın faydaları – Saymaqla bitmir!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qədim dövrlərdən xınanın evlənəcək cütlükləri pis gözdən və nəfsdən qoruyacağına inanılır. Ona görə də xına yaxmaq keçmişdən bu günə qədər mövcud olan ənənələrindən biridir.

Satışda əsasən qəhvəyi və yaşıl olmaqla iki növ xına var. Yaşıl xına saf xına deyil, boya ilə rənglənir. Qəhvəyi rəng xına isə saç və dəriyə qulluqda çox faydalıdır.

Xınanın faydalı xüsusiyyətli arasında bunlardır:

Ağrıkəsici təsir

Bədənin ağrıyan hissələrinə xına vurulduqda, həmin bölgə ağrılardan xilas olur. Xına yanıq yaralarının müalicəsində də faydalıdır və ağrıları azaltdığı üçün yanıq yaralarının sürətlə yaxşılaşmasını təmin edir.

Baş ağrısı üçün faydaları

Əsasən qırmızı xına çiçəkləri baş ağırsını aradan götürür. Baş ağrısını azaltmaq üçün xına bir pasta kimi tətbiq olunmalıdır.

Dırnaqlar üçün faydalıdır

Xüsusilə çatlamağa meylli olan dırnaqlar üçün terapevtik xüsusiyyətə malikdir. Bunun üçün həqiqi yağ və xına tozu qarışığından istifadə maksimum səmərəliliyi təmin edir.

Ayaq dərisinə faydası

Xına ayaqdakı göbələyi təmizləyir və ayaqdakı qoxuları təmizləyir. Həm də ayaqdakı yaraları da müalicə edir.

Saçlara faydası

Tökülən saçlar üçün xına təbii bir müalicəvi vasitədir mənbəyidir. Saçlara müntəzəm olaraq xına tətbiq etməklə saçları kəpəkdən azad etmək, möhkəmləndirmək, onlara sağlam və gözəl görünüş vermək olar. (“milliyet.com)